“Sana Hospital Group”un rəhbəri: Azərbaycanda çox yaxşı tibb infrastrukturu mövcuddur
23.09.2025 [16:24]
Xəbərin mətni
Almaniyanın “Sana Hospital Group” xəstəxanaları Azərbaycanda “Sea Breeze Health Valley”ə rəqib olmaq üçün deyil, səhiyyəyə töhfə verməyə, əməkdaşlıq etməyə gəlib. Bu sözləri 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel iclasında Almaniyanın “Sana Hospital Group”un rəhbəri Sven Hunger deyib.