NİİM: Şagirdlərin və metro sərnişinlərinin yoldan təhlükəsiz keçidi təmin edilib
25.09.2025 [13:28]
Xəbərin mətni
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov və Murad Nağıyev küçələrinin kəsişməsində yolda xaotik vəziyyətin olması sürücü və piyadalarla yanaşı, 271 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlər üçün də təhlükəli vəziyyət yaradırdı. Problemi aradan qaldırmaq məqsədilə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları tərəfindən yeni nəqliyyat və piyada svetoforları quraşdırılıb və aidiyyəti qurum tərəfindən yolda müvafiq nişanlanma işləri aparılıb. Bundan başqa, rayonun Əjdər Məlikov küçəsi ilə Xəzər bağları yaşayış kompleksinin kəsişməsində də yeni işıqfor quraşdırılaraq istifadəyə verilib.