Deputat: Azərbaycanın xüsusi diqqətlə yanaşdığı ekoloji problemlərin həlli bütün dünya üçün vacibdir
25.09.2025 [15:04]
Xəbərin mətni
Ekoloji problemlərin həlli bütün dünya üçün eyni dərəcədə vacibdir və Azərbaycan bu sahəyə xüsusi diqqət edir. Biz azad edilmiş əraziləri yaşıl enerji zonası elan etdik, hazırda Qarabağda və Şərqi Zəngəzurda Günəş, su elektrik stansiyalarının tikintisi üzrə layihələr icra edilir. Bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimində deyib.