Səməd Seyidov: Birləşmiş Krallıqla iqtisadi əlaqələrimiz hər zaman yüksək səviyyədə olub
25.09.2025 [15:07]
Xəbərin mətni
Birləşmiş Krallıqla iqtisadi əlaqələrimiz müstəqilliyimizin ilk günlərindən etibarən hər zaman yüksək səviyyədə olub. Düşünürəm ki, bu əməkdaşlıqlar mədəniyyət, təhsil və siyasət də daxil olmaqla ictimai həyatın bütün sahələrini əhatə edəcək. Bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimində deyib.