Britaniya parlamentarisi : Azərbaycanla bağlı uşaqlıq xatirələrim bugünkü əməkdaşlığa ilham verir
25.09.2025 [15:57]
Xəbərin mətni
Azərbaycan mənim uşaqlıq illərimdə böyük rol oynayıb. Çünki 1990-cı illərin əvvəllərində atam Azərbaycanda investor idi və buraya tez-tez gəlirdik. Bakının bir çox tarixi məkanları ilə bağlı xoş xatirələrim var. Ona görə də, indi 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunda çıxış etmək mənim üçün böyük fəxrdir. Bu sözləri Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Aamer Sarfraz 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimində səsləndirib.