Milli Məclisin deputatı: Azərbaycan sübut etdi ki, işğalın sonu yoxdur
27.09.2025 [12:05]
27 sentyabrda Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə əks-hücuma keçərək, 44 gün ərzində 30 il işğal altında olan torpaqlarımızı azad etdi. İşğaldan sonra Azərbaycanın həm regionda, həm də dünyada nüfuzu artdı, yeni reallıq formalaşdı. Bununla Azərbaycan bütün dünyaya sübut etdi ki, işğalın sonu yoxdur. Bunu Milli Məclisin deputatı Aydın Hüseynov jurnalistlərə müsahibəsində deyib.