Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anar Eyvazov: Hərbi Memorial Məzarlıqda monumental abidə və lövhələr ucaldılıb

27.09.2025 [13:02]

Xəbərin mətni

Ali Baş Komandanın göstərişi ilə həyata keçirilən yenidənqurma işlərində 12 Milli Qəhrəman, 11 Vətən Müharibəsi Qəhrəmanı, ümumilikdə 670 şəhidin uyuduğu bu ərazidə şəhid ailələrinin təklifləri və istəkləri də nəzərə alınıb. Onlardan 483-ü Birinci Qarabağ, 187-si isə Vətən müharibəsi, antiterror əməliyyatı və digər döyüşlərin şəhidləridir. AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi - Mətbuat katibi polkovnik Anar Eyvazov jurnalistlərə açıqlamasında deyib.