Ukraynalı jurnalist: Prezident İlham Əliyevin BMT-dəki çıxışı dünyada ədalətin bərpasına çağırış idi
27.09.2025 [17:08]
Xəbərin mətni
Azərbaycan Prezidenti İlham Əliyevin BMT-dəki çıxışında müasir dünya üçün çox mühüm mesajlar, xüsusilə də ikili standartların aradan qaldırıldığı, ədalətin seçici olmadığı, qanunun aliliyinə hörmətlə yanaşıldığı dünyaya çağırış yer almışdır. Prezident İlham Əliyevin BMT-dəki çıxışı dünyada ədalətin bərpasına çağırış idi. Bu fikirləri AZƏRTAC-a açıqlamasında ukraynalı jurnalist Lesya Kesarçuk deyib.