Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gizli mağaralar, min illərin hekayəsi

29.09.2025 [13:22]

Xəbərin mətni

Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan mağaralar əcdadlarımızın izlərini daşımaqla yanaşı, bu gün də turistlərin böyük marağına səbəb olur. Xüsusilə Qobustan rayonunda yerləşən, sirli, maraqlı və az tanınan – Nərimankənd mağaraları insanların diqqətini daim cəlb edir. Bu mağaralar Nərimankənd kəndində, Zəngi çayının sol sahilində yerləşir. Ərazidə ümumilikdə 3 mağara mövcuddur. Peyğəmbər mağarası, Qaranlıq mağara və Qoşa mağara. Hər mağara 3-4 otaqdan ibarətdir.