Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncənin yeni stadionu futbolsevərlərin istifadəsinə verilib

29.09.2025 [14:18]

Xəbərin mətni

Ölkəmizin qədim şəhərlərindən biri olan Gəncə artıq yeni stadiona sahibdir. Şəhərdə inşa edilən böyük stadion müasirliyi və funksionallığı ilə seçilir. Ərazisi 10 hektardan çox olan arena 15 mindən artıq tamaşaçı tutumuna malikdir və bölgənin ən iri idman obyektlərindən biri hesab olunur. Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elmir Mehdiyev müsahibəsində bildirib ki, yeni stadion ilk böyük sınaqdan da çıxıb – burada Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunlarının açılış mərasimi keçirilib. Gələcəkdə isə stadion həm futbol yarışlarına, həm də digər mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edəcək