Azərbaycan Dövlət İnformasiya Agentliyi

Jandos Şaymardanov: Azərbaycan ilə Ermənistan arasında imzalanmış sülh bəyannaməsi Türk dünyasının ortaq qələbəsidir

29.09.2025 [14:23]

Xəbərin mətni

Ötən illər ərzində TDT-nin inkişaf yolu göstərdi ki, ölkələrimiz təkcə mədəni və sivilizasiyalararası əməkdaşlıq məsələlərində deyil, həm də beynəlxalq arenada Türk dünyasının roluna və yerinə dair ortaq baxış formalaşdırmaq istiqamətində yaxınlaşıb. Qlobal nizam yeni mərhələyə qədəm qoyur və bu mərhələ üç üst-üstə düşən qeyri-müəyyənlik təbəqəsi ilə xarakterizə olunur. Birincisi, geosiyasi rəqabət intensivləşərək çoxtərəfliliyin prinsiplərini parçalayır. Strateji qarşıdurmalar ticarət, təhlükəsizlik və texnologiya müstəvilərini yenidən formalaşdırır və dünyanı az proqnozlaşdırılabilən bir məkana çevirir. Bu sözləri Qazaxıstan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Jandos Şaymardanov Bakıda "Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda keçirilən konfransda söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI