Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pərviz Şahbazov: Növbəti iki ildə 10 yeni elektrik stansiyası şəbəkəyə inteqrasiya ediləcək

30.09.2025 [11:45]

Xəbərin mətni

Son bir ildə dünyada 582 giqavat yeni bərpaolunan enerji gücü quraşdırılıb. Lakin bu rəqəm 2030-cu ilə qədər bərpaolunan enerji gücünü üçqat artırmaq üçün tələb olunan illik 60,6 faiz artım tempindən geri qalır. Bunu energetika naziri Pərviz Şahbazov “Azərbaycanın Günəş, Dənizdə Külək, Mavi və Yaşıl Hidrogen sahəsində potensialının araşdırılması” adlı paneldə çıxışı zamanı deyib.