Azərbaycan Dövlət İnformasiya Agentliyi

Saken Kalkamanov: Landşaftı məhv edərək onunla bərabər tarixi yaddaşımızın da bir hissəsini itiririk

10.09.2026 [16:45]

Xəbərin mətni

Landşaftı məhv edərək və ekosistemi itirərək biz onunla bərabər tarixi yaddaşımızın da bir hissəsini itiririk. Bu sözləri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilən “Türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin qorunması: Ortaq ənənələrdən birgə fəaliyyətə” mövzusunda dəyirmi masada Qazaxıstanın “International Green Technologies and Investment Projects Center” QSC-nin İdarə Heyətinin sədri Saken Kalkamanov söyləyib.