Natiq Məmmədli: Azərbaycan və Özbəkistan arasında media sahəsində çox ciddi əlaqələr mövcuddur
30.09.2025 [15:04]
Xəbərin mətni
Azərbaycan və Özbəkistan arasında media sahəsində çox ciddi əlaqələr mövcuddur. Bizim hər iki ölkənin media sahəsində fəaliyyəti özündə əks etdirən yol xəritəmiz var və ona uyğun olaraq artıq bir neçə ildir ki, silsilə tədbirlər həyata keçirilir. Bu sözləri jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib.