Məcnun Məmmədov: Bakı İqlim Fəaliyyəti Həftəsi tədbirləri kənd təsərrüfatında davamlı dəstək imkanlarını genişləndirir
01.10.2025 [12:30]
Xəbərin mətni
Bakı İqlim Fəaliyyəti Həftəsi tədbirləri iqlim dəyişikliyinin təsirlərinə qarşı fəaliyyətlərin koordinasiyası üçün ümumiləşdirici platforma rolunu oynayır. Tədbirlər çərçivəsində müxtəlif sahələrdə fəaliyyətlər həyata keçiriləcək və Azərbaycanın kənd təsərrüfatı sektoru üçün əhəmiyyətli dəstək mexanizmləri təqdim olunacaq. Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.