MƏDƏNİYYƏT


Şəkidə “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalı başlayıb

Avqustun 22-də Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində növbəti beynəlxalq tədbir - “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalının açılışı olub. Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və “ALMUS Prodiction” şirkətinin təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran və Özbəkistandan məşhur ifaçılar iştirak edirlər. Festivalda ölkəmizi “Natiq ritm” qrupu təmsil edir. Azərbaycanda, eləcə də Qafqazda ilk dəfə olaraq reallaşan bu musiqi bayramı avqustun 26-dək davam edəcək.