Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “İqlim dayanıqlığının sektorlar üzrə gücləndirilməsi” mövzusu müzakirə olunub
01.10.2025 [15:43]
Xəbərin mətni
COP29-da razılaşdırılmış ambisiyalı iqlim öhdəlikləri və Bakı Maliyyə Məqsədi üzrə mühüm nailiyyətlərə əsaslanan Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində panel sessiyalar davam edir. Bakı İqlim Fəaliyyəti Həftəsinin 3-cü günü “İqlim dayanıqlığının sektorlar üzrə gücləndirilməsi – kənd təsərrüfatı, su, nəqliyyat, ağıllı şəhərlər, iqlim fəaliyyətində qadınların liderliyi” mövzusuna həsr olunub.