Fərid Cəfərov: Builki Beynəlxalq Kitab Sərgisində 70-dən çox xarici nəşriyyatın iştirakı nəzərdə tutulub
01.10.2025 [16:55]
Xəbərin mətni
Builki Bakı Beynəlxalq Kitab Sərgisi iştirakçı sayının çox olması səbəbindən daha geniş ərazidə təşkil olunub. İlk dəfə sərginin ekspozisiyaları milli və beynəlxalq salonlarda ayrı-ayrılıqda təqdim edilir. Bunu XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində müsahibəsində mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib.