Azərbaycan Dövlət İnformasiya Agentliyi

Musa Quliyev: 65-ci iclas sosial rifahın artırılmasına, humanitar dəyərlərin təşviqinə xidmət edir

07.10.2025 [13:05]

Xəbərin mətni

Məlumdur ki, süni intellekt bütün dünyada geniş yayılmaqdadır. Ona görə də Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” ilə bağlı Sərəncam imzalanıb. Bununla bağlı hökumətə müvafiq tapşırıqlar verilib. Bu baxımdan da bugünkü iclasın süni intellekt mövzusuna həsr olunması təsadüfi deyil. AZƏRTAC xəbər verir ki, bunu QDİƏT PA-nın Sosial və Humanitar siyasət komitəsinin sədri, Milli Məclisin deputatı Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında çıxış edərkən deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI