Ziyafət Əsgərov: Azərbaycanda sosial rifah göstəriciləri son illərdə əhəmiyyətli dərəcədə artıb
07.10.2025 [13:17]
Xəbərin mətni
Ölkəmizdə orta aylıq əməkhaqqı 2 dəfə, minimum pensiya 3 dəfə, orta aylıq pensiya 2,6 dəfə artıb, müavinət və təqaüdlərə ayrılan illik büdcə vəsaiti isə 5 dəfədən çox yüksəlib. AZƏRTAC xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında bildirib.