Asəf Hacıyev: Süni intellekt həyatımıza rahatlıqla yanaşı, bir sıra problemlər də gətirə bilər
07.10.2025 [13:19]
Xəbərin mətni
Süni intellekt həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Bu, dünyada ayrı bir sahə kimi qəbul edilir. Burada bir çox elmlərin sintezi nəticəsində ortaya yeni istiqamət çıxıb. Süni intellekt həyatımıza rahatlıqla yanaşı, bir sıra problemlər də gətirə bilər. Bu baxımdan parlamentlərin rolu əhəmiyyətlidir. AZƏRTAC xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasının açılış mərasimində QDİƏT PA-nın baş katibi Asəf Hacıyev deyib.