Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
08.10.2025 [11:02]
Xəbərin mətni
Tovuzda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Bozalqanlı kəndində baş verib. Belə ki, “Opel” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Rayon sakini 85 yaşlı Qiyas Musayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.