Qordan Yandrokoviç: Xorvatiya Azərbaycanın mühüm iqtisadi uğurlarını yüksək qiymətləndirir və alqışlayır
08.10.2025 [16:00]
Xəbərin mətni
Səfərin məhz bu il – ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf etməsi xüsusilə diqqətəlayiqdir. Son üç onillik ərzində əldə olunan nailiyyətlər hər iki ölkə üçün qürurvericidir. Bu sözləri Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova ilə keçirilən brifinqdə söyləyib.