MƏDƏNİYYƏT


“Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalı başa çatıb

Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və “ALMUS Production” şirkətinin təşkilatçılığı ilə avqustun 22-də Şəkidə başlanan “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalı başa çatıb. Azərbaycanda, eləcə də Qafqazda ilk dəfə olaraq reallaşan bu ritm bayramında ölkəmizlə yanaşı, Türkiyə, İran və Özbəkistandan məşhur ritm ifaçıları iştirak ediblər.