Antiqua və Barbuda səfiri: Azərbaycan iqlim ədaləti istiqamətində kiçik ada dövlətlərinin etibarlı tərəfdaşıdır
08.10.2025 [20:26]
Xəbərin mətni
Kiçik ada dövlətləri iqlim böhranının səbəbkarı deyil, amma onun nəticələrindən ən çox zərər görənlərdəndir. Azərbaycan bu reallığı dərk edərək konkret addımlar atdı, yalnız danışmaqla kifayətlənmədi, həm də kiçik ada dövlətlərinin COP29-da iştirakını təmin etdi. İtkilər və zərər fondunun fəaliyyətə başlaması üçün fəal şəkildə çalışdı. Bu da Bakıda aparılan uğurlu təşviqatın nəticəsi idi. Bunu Antiqua və Barbudanın Böyük Britaniyadakı səfiri Karen Mae Hill AZƏRTAC-a eksklüziv açıqlamasında deyib.