Azərbaycan Dövlət İnformasiya Agentliyi

Saməddin Əsədov: İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin əsas istiqamətlərindən biridir

09.10.2025 [12:00]

Xəbərin mətni

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti tərəfindən son illərdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində sistemli maarifləndirmə tədbirləri həyata keçirilir. Bu günədək yüzdən çox maarifləndirici təşəbbüs reallaşdırılıb, 78 məktəbdə 40 mindən çox şagird kibergigiyena və onlayn mühitdə təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılıb. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov oktyabrın 9-da “Critical Infrastructure Defence Challenge 2025" tədbirinin açılış mərasimində deyib.