Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Azərbaycanda kibertəhdidlərə qarşı platforma yaradılıb

09.10.2025 [12:08]

Xəbərin mətni

Ölkə səviyyəsində kibertəhlükəsizliklə bağlı informasiya mübadiləsinin həyata keçirilməsi, müasir təhdidlərdən qorunma məqsədilə açıq mənbələr əsasında kibertəhdid və insidentlərin mübadiləsi platforması yaradılıb. Bu platformaya artıq 30-dan çox dövlət qurumu qoşulub. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov “Critical Infrastructure Defence Challenge-2025" tədbirində çıxışı zamanı deyib.