Azərbaycan Dövlət İnformasiya Agentliyi

KOBİA sədri: KOB-ların kibertəhlükəsizliyinin təmin edilməsi milli səviyyədə dayanıqlılıq üçün həyati əhəmiyyət daşıyır

09.10.2025 [13:20]

Xəbərin mətni

Kibertəhlükəsizlik məsələsi artıq hər bir ölkənin milli təhlükəsizliyinin mühüm elementi olmaqla yanaşı, kiçik və orta biznes subyektləri baxımından da xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə 400 mindən artıq mikro, kiçik və orta müəssisə fəaliyyət göstərir ki, onlar ümumi bizneslərin 99,7 faizini təşkil edir. Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Critical Infrastructure Defence Challenge-2025" tədbirində çıxışı zamanı deyib.