Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı-Tbilisi-Bakı marşrutu üzrə bilet satışının müddəti mərhələli şəkildə 90 günədək artırılır

06.08.2026 [11:23]

Xəbərin mətni

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə sərnişin məmnuniyyətinin artırılması, yüksək tələbatın daha səmərəli qarşılanması və səfərlərin əvvəlcədən planlaşdırılması imkanlarının genişləndirilməsi məqsədilə bilet satış müddətini artırır.