Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moldova səfiri: Müasir dövrdə kibertəhlükələr dövlətlərin ictimai-siyasi sabitliyini hədəf alır

09.10.2025 [15:40]

Xəbərin mətni

Artmaqda olan təhdidlər fonunda kritik infrastrukturun kibertəhlükəsizliyinin qorunması təkcə texniki zərurət deyil, həm də milli sabitliyin qorunması üçün strateji məsələdir. Bu istiqamətdə müxtəlif tərəfdaşların dəstəyi ilə dayanıqlı kiberhəllər hazırlanıb. Azərbaycan və digər ölkələrlə təcrübə mübadiləsi bu sahədə bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bunu Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko “Critical Infrastructure Defence Challenge-2025" tədbirində çıxışı zamanı deyib.