Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sədr müavini: Dövlət xidmətləri tam kağızsız formada təqdim edilməlidir

09.10.2025 [19:38]

Xəbərin mətni

Hazırda Azərbaycanda qəbul edilmiş rəqəmsal inkişaf konsepsiyası çərçivəsində dövlət, biznes və vətəndaş cəmiyyəti üçün rəqəmsal transformasiya və innovativ xidmətlərin təqdimatı prioritetdir. AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Şahin Əliyev “Kibercinayətkarlar üçün yeni oyun meydançası: "Ağıllı şəhərlər" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.