Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Turizm Agentliyinin rəsmisi: Qastronomiya festivalında 30 stendimizlə və 51 fermerimizlə iştirak edirik

11.10.2025 [18:24]

Xəbərin mətni

Dünyanın aparıcı, dayanıqlı qida təşkilatı olan “Slow Food”la birgə qastronomiya festivalının Şəkidə keçirilməsi heç də təsadüfi deyildir. Şəki ölkəmizin şimal-qərb turizm marşrutunun paytaxtıdır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin Qastronomiya şöbəsinin rəhbəri Səkinə Əsgərova Şəkidə keçirilən “Terra Madre” qastronomiya festivalında jurnalistlərə müsahibəsində deyib.