Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfir Müctəba Dəmirçilu: Münaqişə nəticəsində itkin düşmüş insanların taleyinin aydınlaşdırılması çox önəmli məsələdir

11.10.2025 [18:54]

Xəbərin mətni

Üç aydan artıqdır ki, Bakıya gəlmişəm və missiyama artıq başlamışam. Bu beynəlxalq konfrans itkin düşmüş şəxslərlə bağlı məsələlərə həsr olunub. Biz də bu mühüm tədbirdə iştirak edirik. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Zəngilana səfər edən beynəlxalq konfrans iştirakçısı, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Müctəba Dəmirçilu söyləyib. Səfir bildirib ki, bu çox önəmli bir məsələdir. Münaqişə nəticəsində itkin düşmüş insanların taleyinin aydınlaşdırılması onların ailələrinin uzun illərdən bəri davam edən gözləntilərinə bir ümid işığı gətirilməsi baxımından böyük əhəmiyyət daşıyır.