Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Arşın mal alan" filmi Hollivudda nümayiş olunacaq

28.08.2015 [16:29]

Xəbərin mətni
Milli kino sənətimizin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş "Arşın mal alan" filmi Azərbaycanın Los Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə sentyabrın 19-da Hollivudda nümayiş etdiriləcək. Bu, "Arşın mal alan"ın Hollivudda ilk premyerası olacaq.