Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnam Kərimov: Bu konfrans məhkəmə hakimiyyətinin səmərəliliyinin və müstəqilliyinin artırılmasına mühüm töhfə verəcək

14.10.2025 [11:45]

Xəbərin mətni

Demokratik dövlətdə hakimiyyətlərin bölgüsü sadəcə bir nəzəriyyə deyil. Bu, demokratiyanı canlı saxlayan, təmin edən və vətəndaşları hakimiyyətin bir mərkəzdə təmərküzləşməsindən qoruyan tarazlıq mexanizmidir. Bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası çərçivəsində "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.