Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qrafinya Anna Divina Beatris: Leyla Əliyevanın əsərləri məni xüsusilə heyran etdi

15.10.2025 [14:58]

Xəbərin mətni

Mən də sənətkaram. Bavariyadakı özəl saraylarda restavrator işləyirəm. Buna görə də sərgilərdə iştirak etmişəm. Amma budəfəki sərgi fərqlidir, burada bir neçə rəssamın əsərləri nümayiş etdirilir. Bunu Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində açılan MAMA “Ana təbiət” sərgisində iştirak edən bərpaçı rəssam, Bassano və Vayskirxenli Şlik zadəgan nəslindən olan qrafinya Anna Divina Beatris media nümayəndələrinə müsahibəsində söyləyib.