Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşğaldan azad olunmuş ərazilərdə özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı

15.10.2025 [20:34]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülmüş sakinlər üçün özünüməşğulluq proqramının icrasını davam etdirir. Bu dəfə Ağdərə, Cəbrayıl, Laçın və Zəngilan rayonlarında daha bir qrup sakinə proqram çərçivəsində mal və materiallar təqdim edilib.