Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərişıq” ASC-nin təşkil etdiyi "Yeni nəsil energetiklərin innovasiya və ustalıq müsabiqəsi" başa çatıb

15.10.2025 [21:48]

Xəbərin mətni

“Azərişıq” ASC-nin 10 illiyinə həsr olunmuş Paylayıcı şəbəkələrin gənc mütəxəssisləri arasında "Yeni nəsil energetiklərin innovasiya və ustalıq müsabiqəsi"nin final turu Qarabağın gözəl guşəsi Hadrutda təşkil olunub. Yarışda Səhmdar Cəmiyyətin Regional Enerji Təchizatı və Satışı İdarələri (RETSİ) üzrə keçirilən regional turların qalibləri iştirak ediblər.