İntiqam Babayev: Ramiz Quliyevin Azərbaycan musiqisinin tanıdılmasında əvəzsiz xidmətləri olub
16.10.2025 [16:08]
Xəbərin mətni
Xalq artisti Ramiz Quliyevin vəfatı xalqımız üçün, mədəniyyətimiz üçün böyük itkidir. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev Xalq artisti Ramiz Quliyevlə vida mərasimində deyib.