Azərbaycan Dövlət İnformasiya Agentliyi

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru: Əməkdaşlıq Forumu fikir mübadiləsi aparmaq üçün bir platformadır

20.10.2025 [20:00]

Xəbərin mətni

Bu gün “Konstitusiya və Suverenlik İli” çərçivəsində Xankəndi şəhərində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının III Əməkdaşlıq Forumu keçirilir. Bunu Xankəndi şəhərində keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.