Azərbaycan Dövlət İnformasiya Agentliyi

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 800-dən çox şəxsə xidmət göstərilib

22.10.2025 [12:09]

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən dövrdə 800-dən çox şəxsə xidmət göstərilib. Hazırda 226 benefisiar müxtəlif istiqamətlər üzrə təlimlərdə iştirak edir. Əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, digər həssas qruplardan olanların yaradıcılıq bacarıqlarının inkişafına və onların cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə bu günə qədər 150-dən çox tədbir təşkil olunub.