Estoniyanın xarici işlər naziri: Azərbaycan regionda çox önəmli rol oynayır
22.10.2025 [13:41]
Xəbərin mətni
İlk dəfə xarici işlər naziri kimi Bakıya səfər edirəm. Biz vaxtaşırı olaraq bir çox məsələləri müzakirə edirik. Estoniya və Azərbaycan arasında münasibətlər getdikcə genişlənir. Bu sözləri Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında söyləyib.