Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstiqlal Muzeyində tədbir - Cəbhədən fotolarla Çanaqqala döyüşləri

22.10.2025 [15:48]

Xəbərin mətni

Bakı Yunus Əmrə İnstitutu və İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə, Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, qardaş ölkənin Bakıdakı səfirliyi və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə Çanaqqala döyüşlərinin 110-cu ildönümünə həsr olunmuş “Cəbhədən fotolarla Çanaqqala döyüşləri” adlı sərgi və panel proqramı keçirilib.