Nazir: Həyata keçirilən 5 böyük sosial islahat paketi 4 milyon vətəndaşı əhatə edib
24.10.2025 [12:07]
Xəbərin mətni
Prezident İlham Əliyevin sosial sahədə siyasətinin mərkəzində insan amili durur. Bunun nəticəsidir ki, son illərdə sosial müdafiə sistemində ardıcıl və dərin islahatlar həyata keçirilir. 2018-2025-ci illər ərzində həyata keçirilən 5 böyük sosial islahat paketi 4 milyon vətəndaşı əhatə edib və həmin ayrılan illik əlavə vəsait 7 milyard 600 milyon manat təşkil edib. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda "SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.