Azərbaycan dövləti yaxın vaxtlarda İrpen şəhərinin bərpasına dair 4 layihənin icrasına başlayacaq
24.10.2025 [12:12]
Xəbərin mətni
Bu günlərdə Bakı şəhərindən işgüzar səfərdən qayıtmışam. Ölkəmizə, eləcə də qəhrəman şəhərimiz İrpenə göstərdikləri dəstəyə görə Azərbaycan xalqına və hökumətinə səmimi minnətdarlığımı bildirirəm. Biz Azərbaycan və Ukrayna hökumətləri arasında imzalanma mərhələsində olan dörd layihəni müzakirə etdik. Bunlar dörd mühüm obyekt - Mədəniyyət Evi, çoxmənzilli yaşayış binası, uşaq və uşaq-gənclər idman məktəbi, həmçinin incəsənət mərkəzi olacaq. Bu sözləri açıqlamasında İrpen şəhər merinin səlahiyyətlərini icra edən Anjela Makeyeva söyləyib.