Orxan Məmmədov: Rəqəmsal mühitdə süni intellekt üzərindən biznes bələdçisi alətinin yaradılması nəzərdə tutulur
24.10.2025 [13:14]
Xəbərin mətni
Süni intellekt texnologiyaları gündən-günə nəinki iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən birinə, hətta gündəlik həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilir. Son illər bu texnoloji yeniliyin nəzərəçarpacaq inkişafı və qlobal miqyasda bütün sahələrə təsirləri göz önündədir. Bunu DOST Agentliyinin təşkilatçılığı ilə “SOCGOV 2025: Süni intellekt - insan və transformasiya üçün” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.