Azərbaycan Dövlət İnformasiya Agentliyi

Musa Quliyev: Süni intellektin daha geniş tətbiqi üçün möhkəm qanunvericilik bazasının yaradılmasına ciddi zərurət var

24.10.2025 [13:31]

Xəbərin mətni

Süni intellekt dünya miqyasında cəmiyyətin sosial-iqtisadi və idarəetmə həyatında gündən-günə daha geniş şəkildə özünü göstərir və onun yenidən transformasiya edilməsində mühüm rol oynayan çevik bir qüvvədir. Süni intellekt bu gün sadəcə qabaqcıl texnologiya olmaqdan çıxaraq müasir həyatın bir çox sahəsinə dərin şəkildə inteqrasiya olunmaqdadır. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev DOST Agentliyinin təşkilatçılığı ilə “SOCGOV 2025: Süni intellekt - insan və transformasiya üçün” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.