Vəfalı olmaları ilə seçilir, qəhrəmanlığı, azadlığı və gücü simvolizə edirlər - Binə Atçılıq Mərkəzindən REPORTAJ
28.10.2025 [13:45]
Xəbərin mətni
Atlar dünyanın ən vəfalı və sadiq heyvanlarından biri hesab olunur. Bu heyvanlar insanlarla emosional bağ yarada bilirlər. Onlar insanların üz ifadələrini başa düşmək və ona uyğun davranmaq qabiliyyətinə malikdirlər. Atların insanlar tərəfindən çox erkən dövrlərdə, təxminən eramızdan əvvəl 4000-3500 il əvvəl əhliləşdirilməsinə başlanılıb.