Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Həsənrizə qayıtmaq böyük sevinc və xoşbəxtlikdir

29.10.2025 [10:32]

Xəbərin mətni

Həsənrizə - doğma yurdumuza qayıtmaq böyük sevinc və xoşbəxtlikdir. Otuz iki ildir ki, bu günü gözləyirdik. Torpaqlarımızın azadlığı uğrunda əziyyəti olanlara təşəkkür edirəm, şəhidlərimizə rəhmət, qazilərimizə uzun ömür və sağlamlıq diləyirəm. Bu sözləri jurnalistlərə açıqlamasında Ağdərənin Həsənriz kəndinə köçən keçmiş məcburi köçkün Habil Əvəzov söyləyib.