Rumıniya Senatının sədri: Azərbaycanın “ASAN xidmət” modelinin ölkəmizdə tətbiqi istiqamətində işlərə başlamışıq
29.10.2025 [12:42]
Xəbərin mətni
Azərbaycan Milli Məclisi və xalqı ilə tərəfdaşlığımızı yüksək qiymətləndiririk. Bu il Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 ili tamam olur. O, dövlət müstəqilliyinizi möhkəmləndirib və müasir, ədalətli sistemin əsasını qoyub. Eyni zamanda, 30 il ərzində tarixi və hüquqi əhəmiyyətini qoruyub saxlayıb, ölkənin dinamik inkişafı ilə bərabər təkamül edib. Bunu Rumıniya Senatının sədri Mircea Abrudean Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.